FHN-in çimərliklərdən istifadəyə dair xəbərdarlığı

2020-06-05 14:30:20 / 1269 dəfə oxunub

Məlum olduğu kimi, "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2020-ci il tarixli 191 nömrəli Qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün göstərilən ərazilərdə yaşayan şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək tərk etməsi qadağan edilib.

Yuxarıda qeyd olunanları, habelə son günlər havaların qızması ilə əlaqədar bəzi vətəndaşların hələ çimərlik mövsümü açıq elan olunmamış çimərliklərə üz tutmasını nəzərə alaraq, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonununda yaşayan vətəndaşların göstərilən tarixlərdə evdə qalmaları bildirilir və çimərlikdən istifadə məqsədilə yaşayış və ya olduğu yerləri tərk etmələri qəti şəkildə qadağan olunur.

Vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!