"Belə bir addımın atılması zərurət idi"

2020-06-05 14:31:43 / 1025 dəfə oxunub
"Dövlət tərəfindən koronavirus pandemiyasına qarşı hər cür zəruri addımlar atılsa da, bəzi insanların məsuliyyətsizliyi, qərarlara riayət edilməməsi, tibbi vasitələrdən istifadə edilməməsi əldə edilən pozitiv nəticənin qorunmasına imkan vermədi".
Bu sözləri "Sherg.az”a millət vəkili Azər Badamov deyib. 

Deputatın fikrincə, koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə dövlət bütün resurslarını  səfərbər edib: 

"Məhz vaxtında başlanmış ciddi mübarizə tədbirləri sayəsində sərt karantin rejimi dövründə effektiv nəticələrə gətirib çıxarmışdı.  Lakin aprelin 27-dən  karantin rejimində tətbiq edilən yumşalmalar insanların hərəkətlərində sərbəstlik yaratmağa başladı.  Operativ Qəragahın tələbləri hamı üçün məcburi olsa da, bəzi vətəndaşlarımız məsuliyyətsizlik göstərərək bu tələblərə əməl etmədi.

Nəticədə isə COVİD -19 infeksiyasının yoluxma sürəti artmağa başladı. Son günlərin yoluxma dinamikası yeni sərtləşdirmə qərarlarının qəbul olunmasını şərtləndirib. İnzibati Xətalar məcəlləsinə 211.2 maddəsini daxil etməklə cərimə metodundan istifafə olunması zərurətə çevrilib. Operativ Qərargahın qərarı ilə artıq   6-7 iyun tarixlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda insanların hərəkətinə tam məhdudiyyət tətbiq olunur.

Düşünürəm ki, belə bir addımın atılması zərurət idi. Biz bilməliyik ki, dövlətin tətbiq etdiyi bütün qadağalar insanların sağlamlığı üçündür. Ona görə hamımız Operativ Qətargahın bütün tələb və tövsüyyələrinə müzakirəsiz əməl etməliyik".

Karantin rejiminin hələ də davam etdiyini vurğulayan A.Badamov deyib ki, müəyyən yumşalmalar olsa da  bu rejimin tələbləri hələ də aktualdır:

"Tibbi maska, sosial məsafənin gözlənilməsi və şəxsi gigiyena qaydalarının icrasını səngitməməliyik. Vətəndaşların çoxunda elə fikir formalaşdı ki, guya karantin rejimi bitib və ya pandemiya yoxdur. Bu, heç də doğru deyil. Çünki yoluxmaların dinamikasındakı artımlar onu göstərir ki, ciddi şəkildə karantin rejiminə əməl olunmalıdır".
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!