“Yeni bələdiyyə sədri kəndimizdə ilklərə imza atdı”

2020-06-06 15:02:14 / 1004 dəfə oxunub
Yardımlı rayon Şəfəq bələdiyyəsinin sədri effektiv fəaliyyət göstərir

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar aparılır. Artıq ölkə yeni mərhələyə qədəm qoyub ki, bu dövrdə hər bir vəzifə daşıyan şəxsin üzərində böyük məsuliyyət var. Dövlət başçısı dəfələrlə bildirib ki, vəzifə daşıyan hər bir şəxs daşıdığı vəzifənin məsuliyyətini anlamalı və xalqın xidmətçisi olmalıdır.
Təbii ki, bu sözlər seçkili orqanlara, o cümlədən bələdiyyələrə də aiddir.




























Yardımlı rayon Şəfəq bələdiyyəsinin sədri Əli Əliyevin fəaliyyəti bu baxımdan nümunəvidir. Belə ki, bu il yanvarın 17-də baş tutan seçkilərdə qalib gələn və bələdiyyə sədri seçilən Əli Əliyev qısa zaman kəsiyində effektiv fəaliyyət göstərib. Xüsusilə abadlıq, quruculuq işlərini daim diqqətdə saxlayan yeni bələdiyyə sədri ilk dəfə olaraq kəndin mərkəzinə bulaq çəkdirib.

Bundan başqa kənddə, çay kənarında yerləşən və kənd sakinləri tərəfindən daim isitifadə olunan bulağın ətrafı tikilib, üstü bağlanaraq əhalinin rahatlığı təmin olunub. Xatırladaq ki, bulaq çayın kənarında yerləşdiyi üçün dəfələrlə sel nəticəsində dağılıb və indiyə qədər baxımsız vəziyyətdə olub. Bundan başqa kənddə ictimai ayaqyolu problemi həll edilib. Bələdiyyə tərəfindən ictimai ayaqyolu tikilərək istifadəyə verilib. Xüsusilə qış aylarında problemə çevrilən kəndarası yollar təmir edilib, əhalinin rahat gediş-gəlişi üçün şərait yaradılıb, məişət tullantılarının bir mərkəzdə toplanması üçün çuxurlar qazılıb.

Şəfəq kənd bələdiyyəsi pandemiya dövründə də sınaqdan üzüağ çıxıb. Bələdiyyə sədri Əli Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ehtiyacı olan ailələrə yardım paylanıb.
Təsadüfi deyil ki, kənd sakinləri yeni bələdiyyə sədrinin fəaliyyətini təqdir edirlər: "Yeni bələdiyyə sədri Əli müəllim kəndimizdə ilklərə imza atdı. Görülən işlərdən razıyıq və bu ümidvericidir.




























Onun kəndimizin mərkəzinə bulaq çəkdirməsi nəyə desən dəyər. Özünüz də görürüsünüz ki, bulaq əhalinin, qonaqların istifadəsi ilə yanaşı kəndimizi daha da gözəlləşdirib. Bu cür kadrların iş başında olması çox vacibdir, biz, növbəti seçkidə də Əli müəllimi dəstəkləyəcəyik”.

Son xəbərlər
Şəhidlərimiz var
2020-07-12 18:27:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!