Azay Quliyev seçicilərilə video-görüş keçirib

2020-06-06 19:16:00 / 1170 dəfə oxunub

Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib. Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatı Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov və Binəqədi rayonu üzrə kommunal xidmət sahələrinin nümayəndələri iştirak edib.

Videogörüşdə iştirak edən seçicilər ərazidə qanunsuz tikinti aparılmasının qarşısının alınması, bank və müştəri arasındakı kredit öhdəlikləri, mənzilin zəbt edilməsi, binaların dam örtüklərinin təmiri, əlillik statusunun verilməsi və məşğulluq məsələsi ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Qaldırılan problemlərin bir qismi ilə bağlı müvafiq izahat verilib. Digər məsələlər isə aidiyyəti qurumların rəhbərləri tərəfindən qeydə alınıb və onların araşdırılıb həll ediləcəyi bildirilib. Seçicilər onların müraciətlərini daim diqqətdə saxladığı üçün deputat Azay Quliyevə təşəkkürlərini bildiriblər.

Son xəbərlər
Şəhidlərimiz var
2020-07-12 18:27:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!