Sumqayıtda uçan binada məskunlaşmış məcburi köçkünlər yeni binaya köçürüləcək - RƏSMİ

2020-06-10 11:34:24 / 2554 dəfə oxunub

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında baş verən uçqunda xəsarət alanlar evə buraxılıb.

Bu barədəOxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, şəhərin 12-ci mikrorayon ərazisində Çerkassı və Koroğlu küçələrinin kəsişməsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikilmiş binanın girişində pilləkən sınıb:

"Belə ki, beşailənin məskunlaşdığı yarımçıq tikilinin girişindəki beton pilləkənin qırılması nəticəsində bir nəfər yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Hazırda binanın girişində təmir-bərpa işləri həyata keçirilir.

Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Artıq iki minə yaxın ailə köçürülüb və proses davam edir. Həmin binada məskunlaşmış məcburi köçkünlər də bu il yeni salınan yaşayış kompleksinə köçürüləcəklər”.

Xatırladaq ki, ötən gün Sumqayıtda binanın giriş hissəsinin uçması nəticəsində dağıntılar altında qalanların olduğu bildirilib. Ərazidən dördü azyaşlı olmaqla, beş nəfərin təxliyyə olunduğuna dair məlumatlar qeyd olunub.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!