İsmayıllının daha bir kəndində koronavirus yayılması ilə bağlı icra başçısından AÇIQLAMA

2020-06-11 13:23:03 / 2771 dəfə oxunub

Bu gün İsmayıllının daha bir kəndində koronavirusa yoluxma faktı qeydə alınıb. Belə ki, rayonun Bizlan kəndində üç nəfər koronavirusa yoluxub.

Məsələ barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla əlaqə saxladıq.

N.BağırovOxu.Az-a açıqlamasında bildirib ki, İsmayıllı rayonunun bütün ərazisində yoluxma faktının olması barədə xəbərlər düz deyil:

"Bir neçə gün əvvəl Quşencə kəndində iki ailədə koronavirus aşkarlanmışdı. Həmin ailələr nəzarətə götürüldü. Bizlan kəndindəbir neçə nəfərdə COVID-19-a yoluxma faktı qeydə alınıb. Dərhal həmin şəxslərin qohumları vəəlaqədə olduqları şəxslərdən analiz götürülüb”.

N.Bağırov bildirib ki, rayonun kəndlərində küçələrdə gəzənlərin sayı azalıb:

"Rayonun özündə, kəndlərdə yoluxma aşkar edilir. Həmin şəxslərin əksəriyyətinin əvvəldən koronavirus xəstələri ilə kontaktları olub.

Sakinlərin test edilməsi icra hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir. Amma deyə bilmərəm ki, rayonda COVID-19-dan ölüm faktı var”.

N.Bağırov qeyd edib ki, icra hakimiyyətinin bütün strukturundakı əməkdaşlar analiz verib:

"Nəticələr neqativdir”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!