“Ümumilli lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi bu gün Azərbaycan dünyanın siyasi xəritəsində yox idi”

2020-06-12 01:19:35 / 5306 dəfə oxunub
Milli Məclisin deputatı Nəsib Məhəməliyev 15 İyun Milli Qurtuluş Günü ilə bağlı SABAHİNFO.AZ saytına müsahibə verib. Deputat müsahibəsində ümumilli lider Heydər Əliyevin qətiyyətindən, onun lider kimi atdığı cəsarətli addımlardan və müasir Azərbaycanın tarixində dərin iz salan, dünya miqyaslı siyasi liderin rolundan danışıb.

-Nəsib müəllim qarşıdan Milli Qurtuluş Günü gəlir. Bu tarixi günün əhəmiyyəti barəsində nə deyə bilərsiniz?

-1993-cü ilin 15 iyun tarixindən qeyd olunan Milli Qurtuluş Gününün tarixi, onun yaranma səbəbləri, zərurəti və və o dövrün ictimai-siyasi hadisələrini geniş kütlələr ələlxüsus gənc nəsil bilməlidir. Ona görə də, hər il bu bayram Azərbaycan ictimayyəti tərəfindən geniş şəkildə qeyd olunur, haqlı olaraq o dövrə ekskursiya olunur, o dövrün tarixi hadisələri xatırlanır. Bu gələcək həyatımızı doğru-dürüst istiqamətdə qurmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunması, daha da möhkəmləndirilməsi və təhlükəsizliyimizin təmini üçün olduqca vacibdir. Nəzərə alsaq ki, 1988-ci ildən 1993-cü ilə qədər ildə siyasi hakimiyyətlər dəyişildi. İctimai-siyasi proseslər gərginləşən zaman insanlar küçələrə axın etdilər, hər hansı ciddi səbəb olmadan siyasi hakimiyyətləri istefa verməyə məcbur etdilər. İkinci bir tərəfdən müxalif düşərgəni təmsil edən siyasətçilər kürsü davası etməyə başlamışdılar. Eyni zamanda ermənilərin 1988-ci ildən başlayan separatçılıq dalğası və Azərbaycanın ayrı-ayrı ərazilərinə, Dağlıq Qarabağa olan ərazi iddiaları bu prosesləri sürətləndirdi. O dövrün siyasi hakimiyyətləri hadisələri doğru-dürüst qiymətləndirmədilər, bir çoxları Moskvaya inandılar, Moskvanın bu problemi həll edəcəyinə bel bağladılar. Çox təəssüflər olsun ki, Moskva da bu məsələdə ədalətli mövqeyi sərgiləyə bilmədi.

- O zamankı hakimiyyətin nə kimi çatışmamazlıqları var idi?

-O zaman həm daxildəki popurist "küçə siyasətçiləri” eyni zamanda dövlət səlahiyyətini, gücü, balanslaşdırılmış siyasət həyata keçirə bilməyənlər önə çıxdı və nəticədə 5 hakimiyyət gəldi-getdi. Cəmiyyətdə xaotik proseslər yarandı. 90-cı ildə AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Bu insanların heç birisinin dövlətçilik təcrübəsi yox idi. Heç birisi ən kiçik idarəetmə sahəsində işləməmişdilər, beynəlxalq siyasətdən başları çıxmırdı. Geosiyasi vəziyyətlə bağlı anlayışları yox idi. İqtisadiyyatın nə olduğunu bilmirdilər. Və ümumiyyətlə dövlət idarəçilik sistemini anlamırdılar. Təcrübəsiz, küçədən qaragüruhun vasitəsi ilə hakimiyyətə gəldilər. 1 ilə ayxın hakimiyyətdə olduğu dövrdə cəmiyyətin daxilindəki qüvvələr nisbətini balanslaşdıra bilmədilər nəticədə bir tərəfdə hərbi müxalifət, başqa bir tərəfdə kriminal qruplaşmalar bir-birinə qarşı mövqe savaşına çıxdılar. Çoxsaylı ölüm halları baş verdi. Cəmiyyətdə ağsaqqalın, ziyalıların sözü yox o kriminal ünsürlərin sözü üstünlük təşkil edirdi və nəticədə 1993-cü ilin iyun hadisələri baş verdi. Gəncədə qardaş qırğını, dövləti təmsil edənlərlə dövlət əleyhinə çıxan, tabesizlik edən Surət Hüseynovun hərbi hissəsinin tərəfdaşları arasında atışma baş verdi. Qısa zamanda rayonlar işğal olunmağa başlanıldı. Xalq artıq çıxış yolunu sınanmış, 14 il Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş, Azərbaycanı aqrar ölkədən SSRİ miqyasında ən üst səviyyəyə qədər çıxarmış, dünya miqyasında tanınmış, Siyasi Büronun üzvü olmuş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləmiş Heydər Əliyevi təkidlə Naxçıvandan Bakıya dəvət etdilər. Ümummilli lider Heydər Əliyevi o dövrün siyasi hakimiyyəti dəvət etdi. Çünki siyasi hakimiyyətinin özünün talehi təhlükə altında idi. Qiyamçı Surət Hüseynov bəyan edirdi ki, mən onların hər birisini Azadlıq meydanında dar ağacından asacam. Bu bəyanatdan sonra onlar qorxuya düşdülər. Bir çoxları vəzifələrini dondurdular, bir çoxları Bakıdan qaçdılar. İyun ayının 15-də ümummilli lider Heydər Əliyev yekdilliklə Azərbaycan Parlamentində Ali Məclisin sədri seçildi. İlk çıxışında Azərbaycanın inkişaf perspektivlərindən danışdı. Mövcud vəziyyəti çox əsaslandırılmış şəkildə xalqa çatdırdı və ondan sonra hissə-hissə müasir Azərbaycan dövlətini qurmağa başladı. Əgər ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi tam məsuliyyətlə deyirəm ki. Bu gün Azərbaycan dünyanın siyasi xəritəsində yox idi. Çünki, Ermənistanla atəşkəs 1994-cü ilin may ayında imzalandı. Ancaq 1993-cü ilin iyun ayında qatı separatçı, ondan sonra Ermənistan xüsusi xidmət orqanlarına nökərçilik edən briqada komandiri, AXC-nin ciddi kadrlarından olan Əlikram Hümbətov qoşunları cəbhə bölgəsindən çıxarıb Cənuba apardı. Orda Talış Muğan Respublikasını qurduğunu elan etdi. Cənub bölgəni bir növ respublikadan ayırdı. Ondan sonra Şimal hissədə "Sadval"ləzgi hərəkatı baş qaldırdı və onlarda Azərbaycanın bir sıra rayonlarına iddia etməyə başladılar. Bu da çox acınacaqlı bir haldır ki, "Sadval" ləzgi hərəkatının təsis konfrası Bakı şəhərində Səbail rayonunda keçirilib. Eyni zamanda Şimal-Qərb bölgəsində də heç bir zərurət olmadan hərbi texnikanı bura yeritdilər. Orda xalq ayağa qalxmamışdı. Xalq dövlətçiliyi dəstəkləyirdi. Orda çoxlu sayda cinayət hadisələri baş verdi. Mən şəxsən o hadisələrin içində olmuşam. Orda olan qanun pozuntuları, heç bir zərurət olmadan bu da bilavasitə Azərbaycanda sabitliyi istənəyən xarici qüvvələrin buradakı əlaltılarının birbaşa fəaliyyətinin nəticəsi idi.

-Siz uzun müddət Heydər Əliyevin regionda olan kadrı olmusunuz. Ümummilli liderlə bağlı hər hansı xatirəniz varmı? Bu xatirəni bizimlə bölüşə bilərsinizmi?

-Ümummilli lider Heydər Əliyevlə bağlı bir neçə xatirələrim var. Prezidentlə olan xatirələri bölüşməyi düzgün hesab etmirəm. Ancaq bunu qeyd edə bilərəm ki, bu xatirələr kifayət qədər aktual problemlərlə bağlı olub.

-Heydər Əliyevin gənclər siyasəti ilə bağlı nə deyə bilərsiniz?

-Ümummilli lider Heydər Əliyev gənclərə inanırdı, etibar edirdi. O, SSRİ dövründə azərbaycanlı gəncləri SSRİ-nin ali məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycana rəhbərlik edəndən sonra müstəqil Azərbaycanın ordu quruculuğunda önəmli yerlərdən birini tutan Naxçıvanski Ali Hərbi Məktəbini yaratdı. Bütün bunlar Heydər Əliyevin Azərbaycan gəncliyi üçün etdiyi qiymətsiz nemətdir.

-Milli Qurtuluş Gününü gənc nəsilə çatdırılması üçün daha nə kimi addımlar atılmalıdır?

-Bu istiqamətdə davamlı olaraq təbliğat işi həyata keçirilir. Bu işlər istər ölkə daxilində, istərsə də ölkə xaricində çox uğurla aparılır. Bununla yanaşı düşünürəm ki, hadisələrin bilavasitə iştirakçıları gənclər arasında bu günlə bağlı daha ciddi təbliğat aparmalıdırlar. Bugünkü gənclik Milli Qurtuluş Gününü kifayət qədər təsəvvür etməyə bilməzlər. Ancaq hadisələrin içində olan, bilavasitə proseslərdə iştirak edən insanlar var ki, onlar bu təbliğatı aparmalıdırlar. Şəxsən mən maksimum çalışıram ki, bu təbliğatı gənclər arasında aparım. Bu işi sevə-sevə bu gün də həyata keçirirəm.

Ədil Ədilzadə
Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!