Cavanşir Paşazadə: “Cəmiyyətimizi bu cür pis ünsürlərdən qorumalıyıq” - MÜSAHİBƏ

“Xaricdə ona-buna satılaraq ölkənin üzdə olan ictimai-siyasi xadimlərini hədəf alanlar elə xalqın gözü önündə mühakimə olunmasının tərəfdarıyam”

2020-06-17 16:10:18 / 6377 dəfə oxunub
Milli Məclisin deputatı Cavanşir Paşazadə SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəsində sosial şəbəkələrdə planlı şəkildə həyata keçirilən söyüş kompaniyası, bu kompaniyanı həyata keçirən məkirli insanlarla mübarizə məsələsinə toxunan millət vəkili bir sıra təkliflər də səsləndirib.

-Cavanşir müəllim son zamanlar sosial şəbəkələrdə həyata keçirilən söyüş kompaniyası daha geniş füsət alıb. Artıq sərhəd və ölçü tanımayan kompaniyanı həyata keçirənlərlə bağlı ölçü götürməyin avrxtı çatmayıbmı?

-Sosial şəbəkələr dövrümüzün ayrılmaz tərkib hissəsinə çevrilib. Kimliyindən asılı olmayaraq hər kəs bu şəbəkənin bir başa da olmasa dolayısı ilə istifadəçisi sayılır. Bilirsiniz dünyada bir sıra terrorlar var. Biri silah terrorudur. Silah terrorunda hədəf bəlli olub, terror qurbanlarının konkret sayı bəlli olur. Deyər ki, Əfqanıstanda bir bomba partladırlar və bu partlama nəticəsində 10 nəfər dünyasını dəyişir. Artıq 11-ci nəfər yoxdur. Konkret 10 nəfər bu terrorun qurbanı var. Digər terror isə informasiya terrorudur. Bu yuxarıda sadaladığımız terrorun ən dəhşətlisidir. Çünki informasiya terrorunda hədəf bəlli olsa da bu terrorun qurbanlarının sayı ölçüyə gəlmir. Əhatə dairəsi geniş olan bu terrorla mübarizə aparmaq da çətindir. Son günlər bir sıra deputat həmkarım bu məsələ ilə bağlı münasibət bildiriblər. Öz etirazlarını dilə gətiriblər. Mən də düşünürəm ki, Azərbaycanda gedən sürətli inkişafı gözü götürməyən və daim ölkə başçısı başda olmaqla birinci vitse-prezident Mehriban xanım Əliyeva, eləcə də dövlətin ayrı-ayrı nüfuzlu şəxslərini, dini xadimlərimizi hədəf alan bu şəbəkə ilə bağlı ciddi ölçü götürülməlidir. Qanunverici bazada bu insanların qanun qarşısında cavab verməsi, onların elə xalqın önündə mühakimə olunmasının təmin olunması yönündə müddəalar öz əksini tapmalıdır.

-Bu insanların məqsədi nədir?

-Azərbaycan müstəqillik qazanandan bu yana bizi istəməyən qüvvələr hər zaman olub və olacaq. Hələ ümummilli lider Heydər Əliyevin dövründə də bu qəbildən olan insanlar var idi. Onlar daim birinci şəxsləri hədəf götürərək həyata keçirilən siyasətə qara yaxmağa çalışırdılar. O zaman sosial şəbəkələr bu qədər inkişaf etməmişdi deyə bu işi açıq şəkildə həyata keçirə bilmirdilər. İndi cənab prezident İlham Əliyev ölkəmizdə elə işlər həyata keçirir ki, bu işlər Azərbaycanı inkişafa aparır. Bu işlərin nəticəsində ölkəmizin beynəlxalq reytinqi artıb, artıq Azərbaycan həm regionda həm dünyada söz sahibi olan ölkələrdəndir. Bunların isə məqsədləri bəllidir. İstəyirlər ki, prezidentlə xalq arasında uçurum yaratsınlar. Prezidenti gözdən salsınlar. Prezidentin timsalında ona yaxın olan, bu siyasəti həyata keçirən şəxsləri gözdən salmaqla bir növ prezidenti təkləmək istəyirlər. Bir məsələni də deyim ki, bu proses indinin işi deyil. Uzuzun zamandır həyata keçirilir və çox şükür ki, onlar istəklərinə nail olmayıblar və nail də olmayacaqlar. Çünki, Azərbaycanda xalq İlham Əliyevi dəstəkləyir. Güclü birlik var.

-Hədəf kimi ölkənin din xadimləri də gündəmə gətirilir. Bununla bağlı nə deyə bilərsiniz?

-Azərbaycan dini dövlət deyil. Din dövlətdən ayrıdır. Dini xadimlər ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir və onu təbliğ edirlər. İlham Əliyev hər zaman dini məsələlərə, tolerantlıq məsələlərinə ciddi önəm verir. Hələ Misirdə, Tunisdə və digər ölkələrdə başlanan inqilablar dönəmində cənab Prezident dünyaya bir mesaj verdi. Azərbaycanın tolerant ölkə olduğunu bəyan etdi. Bu yöndə silsilə tədbirlər keçirildi. Dünya dövlətləri bu məsələdə təbii ki, bizi dəstəkləyirdilər. Bütün bunlar din xadimlərinin dövlət başçısı ilə sıx münasibəti nəticəsində mümkün oldu. Belə olan halda təbii ki, ölkənin ən ali din rəhbəri hədəf götürülür. Ancaq bir məsələni unudurlar. Bütün Qafqazın Şeyxi, Qafqaz MÜsəlmanları İdarəsinin rəhbəri olan bir şəxsin regionda və dünyada olan nüfuzu ölkəmizin inkişafına tövhələr verir. Şeyx həzrətləri hər zaman ulu öndər siyasətinə sadiq insan olub. Bu siyasətin inkişafı üçün daim əlindən gələni əsirgəmir. O qatıldığı beynəlxalq təşkilatların toplantılarında, dini liderlərlə görüşlərində Azərbaycanda yaraılan şərait, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin törətdiyi terror və digər məsələlər barəsində fikir mübadiləsi aparır. Bunu da qısqanclıqla qarşılayırlar. İnternetin onlara verdiyi imkanlardan sui-istifadə edib qarayaxma kompaniyası həyata keçirirlər. Düzdü bu işi həyata keçirənlərin heç bir sosial bazası yoxdur. Onlara cavab vermək belə düzgün deyil. Ancaq baxırsan ki, bunlar bu pis əməllərini hər gün daha da genişləndirirlər. Ona görə də, xaricdə ona-buna satılaraq ölkənin üzdə olan ictimai-siyasi xadimlərini hədəf alanlar elə xalqın gözü önündə mühakimə olunmasının tərəfdarıyam. Onların məhkəməsi açıq havada keçirilsin və hər kəs o məhkəmə barəsində məlumatlı olsun.

-Bu insaların qanun qarşısında cavab verməsi üçün daha nə kimi təklifləriniz var?

-Qanun yaxşıdır, hər birimiz ona riayyət etsək daha yaxşı olar. Baxın Avropaya. Orda polislərin vətəndaşlarla rəftarı heç bir hüquqi normaya sığmır. O dövlətlərdə hay-küydür. Mən özüm Avropada olanda, orda avtomobildən istifadə edirəm. Yol Polislərinin sürücülərlə pis rəftarının dəfələrlə şahidi olmuşam. Bunları nəyə görə deyirəm? Ona görə ki, bu gün Avropada oturub ailə dəyərlərini heçə sayan, öz anasının, bacısının, qadınının qeyrətini çəkə bilməyənlər qanundan, haqqdan-ədalətdən danışırlar. Azərbcayanın mükəmməl qanunverici bazası var. Milli Məclisdə bu istiqamətdə çox yüksək səviyyədə iş aparılır. Təklifim ondan ibarətdir ki, ölkənin birinci şəxsi və ictimai-siyasi xadimlərə qarşı həyata keçirilən bu qarayaxma kompaniyasını aparanların fəaliyyətinə bir senzura tətbiq olunsun. Biz cəmiyyətimizi bu cür pis ünsürlərdən qorumalıyıq.

-Milli Məclisdə Birləşmiş Ərəb Əmirlikləri ilə dostluq qurupunun rəhbərisiniz. Maraqlıdır. Bu ölkə Azərbaycanın ərazi bötüvlüyünü hansı səviyyədə tanıyır?

-Mən BƏƏ-nə tez-tez səfər etməsəm də bizim qurup rəhbəri ilə görüşlərimiz olur. Dostluq münasibətimiz formalaşıb. Onlar Bakıya dəvət olunmuşdular. Parlamentin 100 illiyində tədbirdə iştirak edəndən sonra o qədər xoş əhval ruhiyyədə ayrılmışdılar ki, ora gedəndən sonra bizə təşəkkür məktubu da göndərdilər. Ümumən onu deyə bilərəm ki, BƏƏ Azərbaycanın ərzi bötüvlüyünü tanıyır və bizim mövqeyimizi dəstəkləyir. Xocalı soyqırımı ilə bağlı onlar bizə başsaqlığı verirlər. Bütün bunlar onu deməyə əsas verir ki. Bu iki qurup arasında olan münasibətlər ən yüksək səviyyədə qurulub və bundan sonra da bu proses uğurlar davam etdiriləcək.

-Son olaraq Milli Məclislə bağlı sual vermək istərdik. Uzun illərdir ki, deputat seçilirsiniz. Xanım spikerlər fəaliyyət göstərmək necə təsir bağışlayır?

-Milli Məclisin spikerinin xanım olması, özüdə bizim yaxından tanıdığımız, uzun illərdir Azərbaycanın haqlı mövqeyini beynəxlalq tribunalardan səsləndirən bir xanımın olması təbii ki, müsbət haldır. Sahibə xanım hər bir deputata şərait yaradır ki, öz fikirlərini səsləndirsin. O parlament idarəetməsinə yeni bir sistem gətirdi. Bunun özü təqdirə layiqdir.

-Cari məsələlərlə bağlı çıxışlar əvvəlki illərlə müqaisədə çoxalıb...

-Bəli. Bunun özü müsbət haldır. Mən regiondan olan millət vəkiliyəm. Orada olan vətəndaşların problemlərini aidiyyatı qurumlara çatdırmalıyam. Biz bunu edirik. Ancaq bu problemləri Milli Məclisin tribunasından səsləndirmək problemlərin həllini sürətləndirir. Bu baxımdan təqdirə layiq haldır ki, cari məsələlərə xüsusi yer verilir. Təklif edərdim ki, cari məsələlərə ayrılan vaxt 3 dəqiqədən 5 dəqiqəyə qədər artırılsın. Hətta imkan olarsa Milli Məclisin pleniar iclaslarının biri bütövlükdə cari məsələlərə həsr olunsun. Bütün deputat həmkarlarım bu məsələlərlə bağlı çıxışlar etsinlər.

-Parlament televiziyasının yaradılması istiqamətində bir sıra fikirlər səsləndirilir. Bu məsələyə münasibətiniz necədir?

-Parlament televiziyasının olması daha gözəldir. Çünki, seçicilərin çoxu regionlarda yaşayır. Onların internet imkanları məhduddur ki, deputatının çıxışını sosial şəbəkədən və ya onlayn mediadan izləsin. Milli Məclisdə olan TV-lər də bəzən çıxışların hamısını işıqlandırmırlar. Bu baxımdan Milli Məclisin öz televiziyası olmalıdır ki, seçicilər deputatının hansı məsələ barəsində danışdığını, onun problemini necə gündəmə gətirdiyi barəsində məlumatlı olsun. Biz parlament televiziyası ilə yanaşı kənd təsərrüfatı ilə bağlı televiziya yaratmalıyıq. Proqramlar tərtib etməliyik. Bu verlişləri yüksək səviyyəli ekspertlər aparmalıdır. Onlar kəndçi ilə kəndçinin dilində danışmalıdır. Onlara dövlətin kəndçi üçün yaratdığı imkanları izah etməlidir. Subsidiyalardan encə yararlanmaq lazımdır, onun yollarını öyrətməlidir. Gübrələrdən necə istifadə etmək lazımdırdır. Bunu aşılamalıdırlar. Kəndçi həmin televiziya proqramına zəng edə, onu maraqlandıran suallara cavab tapa bilməlidir. Belə bir verlişin olması kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. 

Ədil Ədilzadə

SABAHİNFO.AZ


Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!