Masallıda itkin düşən üç qız tapıldı - YENİLƏNİB

2020-06-20 10:28:47 / 1744 dəfə oxunub

Masallıda itkin düşən üç qız iyunun 20-də, saat 03:00 radələrində qonşu rayonun ərazisində tapılıb.

Bu barədəOxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Daha əvvəl, iyunun 19-da 2004-cü il təvəllüdlü Kərimova Alamə, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinənin Masallı rayonunun Şərəfə kəndində itkin düşdükləri barədə xəbər yayılmışdı. Son iki nəfər bacıdır. A.Kərimova onların yaxın qohumudur.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətləri və polis əməkdaşları qızların axtarışlarına cəlb olunub.

İtkin düşənlər Salyan rayonunda tapılıb. Məlum olub ki, qızlar heç kimə demədən Bakıya, evlərinə qayıtmağa çalışıblar.

Onlar Şərəfə kəndində babalarının evində qalıblar.

Paytaxta getmək üçün qızlar yük maşını saxlayıblar. Xoşbəxtlikdən, polis vaxtında müdaxilə edərək, uşaqları valideynlərinə qaytarıb.

Ramella İbrahimxəlilova

01:10

Masallı rayonunda üç qız itkin düşüb.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, bu barədə məlumat nazirliyin "112” qaynar telefon xəttinə daxil olub.

Məlumatda deyilir ki, 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-in Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!