Makron Türkiyəni hədələdi: “Təhlükəli oyun oynayırlar”

2020-06-23 10:19:24 / 5398 dəfə oxunub

Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Liviyada "təhlükəli oyun oynadığını” bildirib.

"RİA Novosti” xəbər verir ki, E.Makron bunu Tunis Prezidenti Kais Saidlə birgə keçirdiyi mətbuat konfransında deyib.

E.Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da söhbət etdiyini vurğulayaraq bildirib ki, rəsmi Ankaranın Liviyadakı hərəkətləri Berlində baş tutan beynəlxalq konfransda Türkiyənin götürdüyü öhdəliklərə ziddir.

Liviyadakı bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağıran E.Makron bu ölkəyə xarici müdaxilənin yolverilməz olduğunu xatırladıb.


Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!