Alimlər koronavirus xəstələrində ömürlük qala biləcək fəsadları açıqladı

2020-06-25 10:32:09 / 3256 dəfə oxunub

Koronavirusa yoluxmuş insanda fəsadlar ömürlük qala bilər.

"The Daily Telegraph”ın məlumatına görə, bu fikri Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri bildirib.

Alimlərin fikrincə, COVID-19 keçirən hər üçüncü xəstə ömür boyu ağciyər zədələnməsindən, xroniki yorğunluqdan və psixoloji pozğunluqlardan əziyyət çəkə bilər.

Qeyd olunur ki, koronavirusdan sağalmış insanların 30 faizində sonradan ağciyər fibrozunun inkişaf ehtimalı mövcuddur. Keçmiş xəstələrin 50 faizində fiziki, koqnitiv və psixoloji pozğunluqlar ola bilər. Sağalanların 70 faizi sayıqlamadan əziyyət çəkir, hər beşinci halda isə bu, "müəyyən olunmuş koqnitiv pozğunluğa” çevrilə bilər.

Xəstəxandan evə buraxılan hər onuncu britaniyalıda kəskin ürək xəstəliyi aşkarlanır.

Bundan əlavə, elm adamları koronavirusun beyinə zərər vuraraq, altsheymer xəstəliyinin inkişaf ehtimalını artırdığını vurğulayırlar.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!