Xarici dillərdə ən çox vikipediyası olan deputat kimdir?

2020-06-26 15:08:28 / 2695 dəfə oxunub
Milli Məclis üzvləri arasında ən çox və müxtəlif dillərdə vikipediyası olan deputatın kimliyi məlum olub. Qaynarinfo-nun bununla bağlı Milli Məclis üzvləri arasında apardığı araşdırmadan məlum olub ki, deputatlarımızın əsasən, Azərbaycan, nadir hallarda isə ingilis dilində vikipediyaları mövcuddur. Lakin deputat Cavanşir Feyziyevin 12 dildə vikipediyası var.

Nəzərə alsaq ki, Cavanşir Feyziyev daha çox Avropa ilə əməkdaşlıq sahəsində fəaliyyət göstərir, o zaman sual yaranır, digər xarici dillərdə, məsələn, çin, qırgız, özbək dillərində vikipediya səhifələrinin yaradılması nəyə lazım? Elə bu sualla da millət vəkilinə müraciət etdik.

Millət vəkili Cavanşir Feyziyev Qaynarinfo-ya açıqlamasında 18 dildə vikipediyasının olduğunu bildirib: "Sadəcə onlardan 6-sı hələ buraxılmayıb. Hazırda həmin dillərlə bağlı son tamamlama işləri gedir. Burada Avropa dilləri ilə yanaşı Asiya dilləri də var. Bu da səbəbsiz deyil. Mən uzun illərdir ki, türk dünyası ilə bağlı həm Asiya ölkələrində, həm də Avropa ölkələrində elmi tədqiqatlar aparıram. Qazax, Qirğız, Özbək, Türkmən və xüsüsi ilə Cin və Uygur dillərində, eləcə də , 10-a yaxın Avropa dillərində vikipediya səhifəm var. Elmi yaradıcılıqla bağlı olaraq həmin ölkələrdəki alimlərlə mənim əlaqələrim mövcuddur. Oradakı insanlarla əlaqə qurmaq üçün həmin dillərdə mənim vikipediyamın olması zəruri idi. Mən onlara müraciət edəndə onların məni tanıya bilməsi və haqqımda müəyyən təsəvvürlərinin olması lazım gəlirdi. Nəticədə, həmin ölkələrdə olan və mənimlə eyni sahədə araşdırma aparan elmi işçilərlə sıx əlaqə saxlaya bilirəm. Bu baxımdan vikipediya səhifəmi daha geniş və bir çox dillərdə tərtib etmək zəruru olmuşdur".
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!