QHT Şurası onlayn konfrans keçirəcək

2020-06-26 17:59:42 / 2415 dəfə oxunub
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 27 iyun 2020-ci il, saat 12:00-da "Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirəcək.
Şura sədri, Milli Məclisin deputatı Azay Quliyevin sədrliyi ilə keçiriləcək konfransda Şura üzvləri, tərəfdaş dövlət qurumlarının nümayəndələri, Katiblik əməkdaşları və QHT rəhbərləri iştirak edəcək.

Konfransda Şuranın maliyyələşdirdiyi QHT layihələrinin COVID-19 pandemiyası ilə mübarizə tədbirlərində rolu, QHT-lərin üzərinə düşən vəzifələr, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsilə bağlı məsələlər müzakirə ediləcək.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!