Əminə Ağazadə II Fəxri Xiyabanda Kürdəmirdən Aprel şəhidinin məzarını ziyarət edib

2020-06-26 19:46:31 / 2954 dəfə oxunub

Milli Məclisin deputatı Əminə Ağazadə 26 Iyun Azərbaycan Silahlı Qüvvələri Günündə Aprel döyüşləri zamanı Kürdəmir rayonundan şəhid olan Əbu Bəkir İsmayılovun məzarını ziyarət edib. Deputat şəhidin məzarının üstünə tər gül dəstələri düzüb, onun rhunu ehtiramla yad edib.

Qeyd edək ki, Əbu Bəkir İsmayılov 1990-cı ilin 10 fevral günündə Kürdəmir şəhərində Vüqar və Rəna İsmayılovların ailəsində anadan olub. Əbu Bəkir İsmayılov 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. Daha sonra o, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub. Baş leytenant Əbu Bəkir İsmayılov özündən başqa mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatılıb. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vurulub və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olub. Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb.

Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Əbu Bəkir İsmayılov, Təbriz Musazadə və Urfan Vəlizadə, həmçinin döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutub. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, habelə mayor Ramil Səfərov və bir sıra digər rəsmi şəxslər qatıldı. Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı qələbədən və şəhidlərin qəhrəçmanlığından danışıb. Daha sonra şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidlərin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və şəhidlər uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Əbu Bəkir İsmayılov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Allah rəhmət etsin!


 


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!