Mətbuatın 145 illik yubileyi qeyd ediləcək

2020-06-27 17:48:53 / 2015 dəfə oxunub

Mətbuat Şurası(MŞ) Azərbaycan Mətbuatının yaranmasının 145 illik yubileyinin qeyd edilməsinə hazırlaşır.

 

Bu barədə  sədrinin müavini Müşfiq Ələsgərli məlumat verib. O qeyd edibki, Şura ölkənin ən böyük jurnalist təşkilatı olaraq, müəyyən tədbirlər planlaşdırır:

 

"Sadəcə olaraq, koronavirus oandemiyası ilə əlaqədar olaraq, tədbirlərin ənənəvi formada keçirilməsində məhdudiyyətlər, əngəllər var.  İnsanların sağlamlığına təklükə törətməmək məqsədilə kütləvi tədbirlər keçirilməyəcək. Lakin yubiley tədbirlərinin keçirilməsinin yeni variantlarını düşünmək lazımdır. Ona görə, Şurada müzakirələr aparılır. Mətbuatın yaranmasının 145 illiyi ilə bağlı yeni formada qeydetmələr ola bilər. Müzakirələrimizin nəticəsində atılacaq addımlar barədə media üçün də açıqlama veriləcək”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!