Daha bir həkim koronavirusdan öldü

2020-06-28 20:09:01 / 1363 dəfə oxunub

Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişib.

Modern.az xəbər verir ki, həkim-anistezioloq Ceyhun Hacıyevin ölümü barədə məlumatı onun həmkarları sosial şəbəkədə paylaşıblar.

Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

C.Hacıyev 2001—2015 illər ərzində Respublika Neyrocərrahiyə Xəstəxanasıda çalışıb. Onun son iş yeri Bakıda fəaliyyət göstərən özəl klinikalardan biri olub.

Allah rəhmət eləsin...

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!