"Bu qaydalara bir sıra hallarda etinadsızlıq da göstərilib"

2020-06-29 11:39:46 / 2133 dəfə oxunub

"Son zamanlar koronavirusa yoluxanların sayında artım müşahidə edilir”.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxma dinamikasında artımın səbəbləri bəzi vətəndaşların sanitariya və epidemiya əleyhinə rejimə riayət etməməsidir.

"Bu qaydalara bir sıra hallarda etinadsızlıq da göstərilib. Bununla əlaqədar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanun layihəsi hazırlayıb”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimi pozanlara qarşı cərimələr iki dəfə artırılır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!