“Köməkçilərimizi yol polisi saxlayır, icazə vermir”

2020-06-29 12:33:45 / 1580 dəfə oxunub

"Karantin vaxtı deputat köməkçilərinin sərbəst hərəkətinə icazə verilmir”.

"Qafqazinfo” xəbər verir ki, bu təklifi deputat Aqil Abbas Milli Məclisdə səsləndirib. O qeyd edib ki, deputat köməkçilərini yol polisi saxlayır və hərəkətinə icazə vermir:

"Onların sistemdə icazəsinin olmadığını bildirir. Təklif edirəm ki, deputat köməkçilərinin karantin vaxtı sərbəst hərəkətinə icazə verilsin”.

Spiker Sahibə Qafarova bildirib ki, deputat köməkçiləri onlayn işləyir: " Ancaq bu məsələyə baxarıq”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!