Yeni layihəyə start verildi

2020-06-29 17:37:22 / 8659 dəfə oxunub
Kimsəsiz Uşaqların Sosial Müdafiəsi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yeni layihəyə start verib.

"Koronavirus pandemiyasına birlikdə qalib gələk!” adlı layihə 3 ay (22.06.2020-22.09.2020) müddətində keçiriləcək. Kimsəsiz Uşaqların Sosial Müdafiəsi Birliyinin sədri Lamiyə İsazadə bildirib ki, məlum olduğu kimi, ölkəmizdə koronavirus infeksiyasına yoluxma halları günbəgün artmaqdadır:

"Hər gün dünya ölkələrində minlərlə insan xəstəlikdən həyatını itirir. Dünyanın hətta ən böyük dövlətləri belə çox böyük çətinliklərlə üz-üzə dayandıqlarının fərqindədirlər. Hər bir dövlət öz gücü, potensialı müqabilində müqavimət göstərir, addımlar atır. Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə qabaqcıl mövqedə dayanan və nümunəvi dövlətlərdən olsa da, ölkəmizdə hələ də bu yoluxma halı hər gün artmaqdadır. Təəssüf ki, hazırda ölkə daxilində insanların bir-birini yoluxdurması halları hər gün qeydə alınır. Tibb də bu pandemiyanın qarşısını almaqda gücsüz qalıb. İnsanların sağlamlığı cəmiyyətimiz, ölkəmiz və dövlətimiz üçün daha çox əhəmiyyətlidir. Hər bir Azərbaycan vətəndaşının borcu belə ağır gündə məsuliyyətli olmaq, bu çətin vəziyyətdə bir-birimizə və dövlətimizə dəstək göstərməkdir. Bəzi insanlar hələ də bu bəlanın təhlükəsini anlamırlar, məsuliyyətsizlik edirlər, küçələrə çıxaraq həm özləri, həm də digərləri üçün təhlükə yaradırlar.

Layihənin məqsədi Gəncə şəhərində koronavirus dövründə işsiz qalmış, sosial əlaqələri və işgüzar münasibətləri olmayan, ailə başçını itirmiş aztəminatlı ailələrə ərzaq yardımı göstərmək, eyni zamanda vətəndaşlarımızı bu pandemiyanın ciddiyyəti haqqında ətraflı maarifləndirməkdir. Layihənin icrası başladıqdan sonra vətəndaşlar arasında pandemiyanın qorxunc fəsadları haqqında geniş müzakirələr olunacaq, insanlar bu virusun həqiqətən var olduğunun, ciddiyyətinin fərqində olacaqlar. İnsanlar daha məsuliyyətli davranmağa çalışacaqlar ki, bu da koronavirusun ölkəmizdə günbəgün azalması ilə nəticələnəcəkdir. Digər tərəfdən isə aztəminatlı ailələrə göstərilən ərzaq yardımları nəticəsində həmin ailələr bir daha şahidi olacaqlar ki, dövlət və vətəndaş cəmiyyəti hər zaman öz xalqını düşünür və hər zaman xalqın rifah halıının yaxşılaşdırılması üçün çalışırlar. Ölkəmizin koronavirus pandemiyalı ağır, çətin günləri geridə qalacaq, unudulacaqdır, lakin bu günlərdə vətəndaşlara edilən yardımlar könüllərdə davamlı olaraq qalacaq".
Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!