Deputatlar tətilə yollandılar

2020-06-30 11:26:32 / 1802 dəfə oxunub

Milli Məclisin növbədənkənar sessiyası öz işini başa vurub.

Sabahinfo.az-ın xəbərinə görə, bu barədə parlamentin iclasında spiker Sahibə Qafarova bildirib.

Milli Məclis sədri söyləyib ki, parlamentin növbədənkənar sessiyası zamanı səkkiz iclas keçirilib.

O qeyd edib ki, Milli Məclisin növbədənkənar iclaslarında 35 qanun və qərar qəbul olunub.

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası iyunun 1-də başlamışdı.

Növbədənkənar sessiyanın bitməsinə görə, deputatlar tətilə yollanıblar.

Qanunvericiliyə əsasən Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!