BMT-nin Azərbaycandakı rəsmisinin ailə üzvü koronavirusdan öldü - VİDEO

2020-06-30 10:42:42 / 1784 dəfə oxunub

"Bu yaxınlarda mən də ailə üzvümü bu virusdan itirdim. İnanın, bu təhlükə realdır və yanımızdadır. COVID-19-un qapımızı döyməsini gözləməməliyik”.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, bunu BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai COVID-19 pandemiyası ilə bağlı "Bunu Azərbaycan üçün edin” adlı müraciətində deyib.

Qulam İshaqzai təəssüflə bildirib ki, COVID-19 pandemiyası hələ də bizimlədir. Dünyada yoluxma sayı doqquz milyonu, ölənlərin sayı isə yarım milyonu keçib.

Q.İshaqzai əlavə edib ki, Azərbaycanda da yoluxanların sayı artır:

"Təəssüf ki, ölənlərin də sayı artır. Bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün sadə tədbirləri görməyinizi xahiş edirəm. Fiziki məsafə saxlayın, əllərinizi tez-tez yuyun, tələb olunan yerlərdə maska taxın, onlardan düzgün istifadə edin, zərurət yaranmadıqca evdən çıxmayın, hökumətin tələblərinə riayət edin! Bunu özünüz üçün, ailəniz üçün, Azərbaycan üçün edin!”


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!