İcra Hakimiyyətindən şəhid bulağına qarşı laqeyd münasibət - YENİLƏNİB + VİDEO

2020-06-30 10:38:51 / 1605 dəfə oxunub

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev şəhid bulağı məsələsi ilə bağlı açıqlama verib.

Mətbuat katibi bildirib ki, şəhid bulağında təmir-bərpa işləri davam edir, görülən tədbirlər yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

09:59

Sumqayıtda baxımsız vəziyyətdə olan şəhid bulağı barədə məlumat vermişdik. Bir həftə keçməsinə baxmayaraq, vəziyyət, demək olar ki, dəyişməyib.

Oxu.Azxəbər verir ki, sakinlər məsələyə laqeyd, məsuliyyətsiz yanaşılmasından narazıdırlar.

Onların sözlərinə görə, şəhərin Nəriman Nərimanov küçəsi, 20/47A ünvanında yerləşən şəhid bulağının sökülənkərpic hissəsinə üzlük çəkilib:

"Bir neçə nəfər əraziyə gəlib, baxıb. Görülən iş isə göz qabağındadır. Ayın 24-dən bu günə qədər başqa heç bir iş görülməyib. Təəssüf ki, çox laqeyd yanaşılır”.

Xatırladaq ki, Sumqayıtda şəhid Ələsgər Cəmil oğlu Mustafayevin xatirəsinə quraşdırılan şəhid bulağı baxımsız vəziyyətdədir. Uzun müddətdir bulağın suyu kəsilib, özü isə uçuq-sökük hala düşüb. Şəhidin adını daşıyan bulağa olan münasibət vətəndaşların etirazına səbəb olur.

Həmin görüntüləri təqdim edirik:


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!