ÜST-dən koronavirusla bağlı bədbin AÇIQLAMA

2020-06-30 12:17:10 / 4141 dəfə oxunub

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus COVID-19 dövrünün sona çatmadığını, əksinə, virusun daha sürətlə yayıldığını bildirib.

"Reuters” agentliyi xəbər verir ki, ÜST-ün rəhbəri bu barədə jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

"Hamımız pandemiya dövrünün sona çatmasını istəyirik. İnsanlar adi həyatına qayıtmağı arzulayır. Lakin acı reallıq bundan ibarətdir ki, proses sona çatmaq istiqamətində irəliləmir.

Bir çox ölkələr müəyyən irəliləyişlər əldə etsələr də, pandemiya sürətlə yayılır”, - deyətəşkilat rəhbəri bildirib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!