Vüqar İsgəndərov: "Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir"

2020-07-01 11:45:05 / 4534 dəfə oxunub

"Məlum olduğu kimi, ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına ilk yoluxma qeydə alındığı andan etibarən Azərbaycan dövləti tərəfindən görülən genişmiqyaslı və qabaqlayıcı tədbirlər bizi böyük fəlakətdən qorudu".

 

Bunu İMAN-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, bu istiqamətdə atılan addımlarda ilk növbədə insanların sağlamlığı ön planda tutulub: "Cənab Prezidentin bəyan etdiyi kimi bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.

 

Deputat qeyd edib ki, məhdudlaşdırıcı dövr ərzində çətin vəziyyətə düşmüş vətəndaşların maddi məsələləri də həll olunub və Azərbaycan burada da liderlik göstərib: "Ümumiyyətlə, mübarizəyə və pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqəyə aid olan insanlara, sahibkarlara və bütün işləri təşkil etmək üçün 3,5 milyard manat vəsait nəzərdə tutulub və bu vəsait xərclənir. Eyni zamanda dövlət tibbi avadanlığın, dərman preparatlarının alınmasına da böyük vəsait ayırdı: "Məhz buna görə də dünyada baş vermiş hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib”.

 

Ölkəmizin və xalqımızın bu çətin, ağır sınaqdan da üzüağ, daha az itkilərlə çıxması üçün dövlət tərəfindən lazım olan bütün addımların atıldığını deyən Vüqar İskəndərov onu da bildirib ki, müvafiq qurumlar, xüsusilə də həkimlərimiz və polislərimiz bu məsələdə xüsusi fədakarlıq göstərirlər: "Sözügedən istiqamətdəki işləri təşkil edən qurumların fəaliyyətini yüksək qiymətləndirən dövlət başçımız "Operativ Qərargah, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB fəal işləyirlər. Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır” deyib. Bəli həqiqətən də həkimlərimizin bu işdəki fədakarlığı ölçüyəgəlməzdir”.

 

"Lakin təəssüflər olsun ki, istər dövlətimizin dünyaya nümunə olacaq fəaliyyətini, istərsə də həkim, polis və digər peşə sahiblərinin fədakarlıqlarını görməzdən gələn, hətta bu işlərə qara yaxanlar da tapılır. Belələri görülən işlərə dəstək vermək bir yana qalsın, vətəndaşları qanunlara, qadağalra qarşı çıxmağa, asayiş keşikçilərinə müqavimət göstərməyə çağırılar” deyən deputat əmin olduğuğunu bildirib ki, xalqımız hər zamankı kimi bu dəfə də bu qara niyyətli şəxslərin cavabını layiqli şəkildə verəcək, sağlamlığımız naminə tətbiq edilən qadağalara əməl edəcək.

 

P.S Hörmətli deputatımız Vüqar İskəndərova İIHAMLA MEHRİBANLA AZƏRBAYCAN "İMAN" səhifəsinə özəl yazı verdiyi üçün təşəkkür edirik. Hörmətlə təsisçi: AYŞƏN FAXRƏDDİNQIZI

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!