"Ölkə daxilində ictmai-siyasi sabitliyin qorunmasında polisin rolu əvəzsizdir"

2020-07-02 11:26:41 / 4292 dəfə oxunub
2 iyul Azərbaycan polisinin peşə bayramıdır. Bu bayram münasibətilə Azərbaycan Respublikasının Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov olmaqla,xidmətdə olan şəxsi heyəti və veteranları səmimi qəlbdən təbrik edirəm, möhkəm can sağlığı,xoşbəxtlik arzulayıram.
Adətən, funksional olaraq biz polis işçilərini cinayətkarlıqla mübarizədə, ictimai- siyasi sabitliyin qorunması, yol hərəkətinin nizamlanması və vətəndaşların təhlükəsizliyinin təmin olunması ilə bağlı keçirdiyi tədbirlərə görə qiymətləndiririk. Lakin koronovirus pandemiyası başlanan andan, polislərimiz əlavə olaraq gecə-gündüz, fərqli hava şəraitinə baxmadan ön cəbhədə mübarizə aparırlar. Karantin rejiminin tələblərinə uyğun olaraq, Covid-19 virusunun daha geniş areala yayılmasının qarşısının alınmasında əhəmiyyətli xidmət göstərirlər. Son dövrlərin bəzi xoşagəlməz hadisələri bir daha göstərdi ki, ölkə daxilində ictmai-siyasi sabitliyin pozulmasında maraqlı qüvvələr var və onun qorunmasında polisin rolu əvəzsizdir.

Hörmətli Polis işçiləri!

Bir daha Sizləri təbrik edirəm və hər birimiz üçün ən müqəddəs varlıq olan vətənə şərəfli xidmət arzulayıram. Düşünürəm ki, bu gözəl hissdir.

102 YAŞLI BAYRAMINIZ MÜBARƏK!!!

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!