Elektron xidmətlərlə bağlı yeni layihəyə start verildi

2020-07-02 23:33:01 / 3373 dəfə oxunub

"Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında "Aran regionu üzrə vətəndaşların elektron xidmətlərlə bağlı maarifləndirilməsi” layihəsinin icrasına start verib.

Layihə barədə məlumat verən təşkilatın sədri Ruslan Xəlilov bildirib ki, məqsəd əhalinin elektron xidmətlərdən istifadə və bacarıqlarının artırılmasını təmin etmək, bu xidmətlərin üstünlükləri barədə onları maarifləndirməkdir.

3 ay davam edəcək layihə çərçivəsində sosial şəbəkələrdə elektron xidmətlərlə bağlı maarifləndirici və informativ xarakterli səhifələr yaradılacaq, internet televiziyalarında debatlar təşkil olunacaq, elektron portallarda uyğun materiallar yerləşdiriləcəkdir.

R.Xəlilov hesab edir ki, xüsusilə də, COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün elan edilmiş karantin dövründə vətəndaşların elektron xidmətlərdən yararlanması olduqca aktualdır: "Evdə qal, e-xidmətlərdən yararlan” şüarına əsaslanan bu layihə təkcə Aran bölgəsində yaşayan sakinlərimizi deyil, bütün ölkə vətəndaşlarımızın maraqlarını özündə ehtiva edir və hər kəs bu layihənin verdiyi imkanlardan yararlana biləcək”.

Layihə çərçivəsində həmçinin e-xidmətlər üzrə kifayət qədər bacarığı olmayan insanlara yardımlar göstəriləcək: "Hansısa e-xidmətdən istifadə edə bilməyən vətəndaşlar təşkilatımıza müraciət edərlərsə, ona yardımlar göstəriləcək”.

Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!