Qubada “Biz birlikdə güclüyük!” şüarı ilə yardım kampaniyası təşkil ediləcək

2020-07-03 00:01:16 / 3453 dəfə oxunub
 "Faiq" Kənd Təsərrüfatı Məhsulları İstehsalçılarının İctimai Birliyi Qubada "Biz birlikdə güclüyük!” şüarı ilə yardım kampaniyasının təşkili layihəsinin icrasına başlayıb.
 
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə elan etdiyi müsabiqənin qalibi olmuşdur.
 
Layihənin məqsədi rayonda əhali arasında koronavirus və ondan qorunma yolları haqqında məlumatların verilməsi, aztəminatlı ailələrə, tənha ahıllara, günəmuzd çalışanlara ərzaq və tibbi ləvazimat paketlərinin paylanmasıdır. 
 
Layihə 45 ailəni, əsasən aztəminatlı ailələr, tənha ahıllar, günəmuzd çalışanları əhatə edəcək. 
Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!