Şuranın dəstəyilə “Birləşək və paylaşaq”

2020-07-03 00:02:41 / 4209 dəfə oxunub
"İnnovativ İdeya və Təşəbbüslər" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə elan etdiyi müsabiqəyə təqdim etdiyi "Birləşək və paylaşaq” layihəsi qalib olmuşdur.

Layihənin məqsədi əhalinin koronavirus haqqında məlumatlanması, əhalinin həssas təbəqəsindən olan insanlarımıza (aztəminatlı ailələrə və tənha yaşlılara, günəmuzd çalışanlara) ərzaq yardımlarının paylanılmasıdır. 

Qeyd edək ki, Zaqatala rayonunda icra olunacaq layihədən əsasən aztəminatlı ailələr, ailə başçısını itirənlər, tənha yaşlılar, günəmuzd çalışanlar olmaqla 50 ailə faydalanacaq. 
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!