Rusiyadan Aya Sofyanın statusu ilə bağlı RƏSMİ AÇIQLAMA

2020-07-07 09:59:24 / 2560 dəfə oxunub

Rəsmi Kreml Türkiyənin Aya Sofyanın statusu ilə bağlı qərarını bu ölkənin daxili işi hesab edir və ümid edir ki, Türkiyə hökuməti ziyarətgahın əhəmiyyətini nəzərə alacaq.

"RİA Novosti” xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Biz bu barədə şərh verə bilmərik, hesab edirik ki, bu, Türkiyə Cümhuriyyətinin daxili işidir. Bilirsiniz ki, Patriarx Rusiya pravoslav kilsəsinin mövqeyini ifadə edib. Xarici İşlər nazirinin müavini Sergey Verşininin açıqlaması olub. Mən ancaq onu deyə bilərəm ki, sözsüz, biz ümid edirik ki, Aya Sofyanın ümumdünya irs statusu nəzərə alınacaq”, - deyəD.Peskov fikrini tamamlayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Moskva və bütün Rusiyanın Patriarxı Kirill İstanbuldakı Aya Sofya məbədinin statusu ilə bağlı xüsusi bəyanatla çıxış edib. O, Türkiyə hakimiyyətini İstanbuldakı Aya Sofya məbədinin muzey statusunu saxlamağa çağırıb və əlavə edib ki, bu günə qədər hər bir rus pravoslav insanı üçün Müqəddəs Aya Sofya böyük bir xristian ziyarətgahıdır.

Patriarx Kirill əlavə edib ki, müqəddəs Aya Sofya ətrafında baş verənlər bütün xristian sivilizasiyası üçün təhdiddir.

Qeyd edək ki, hazırda Türkiyədə Aya Sofya məbədinin yenidən məscid kimi istifadə olunması barədə fəal müzakirələr gedir.


Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!