"Ali baş komandana yekdil formada, birmənalı etimad mövcuddur"

2020-07-07 16:44:31 / 3270 dəfə oxunub
Azərbaycanın dilbər guşəsi Ağdərənin işğalından 27 il ötür. İşğal nəticəsində 45 min insan yurdundan didərgin düşüb, iki qəsəbə, 57 kənd yerlə yeksan edilib. Vandalizm aktları işğal və dağıntı ilə məhdudlaşmayıb, bu gün də tarixi mədəni teror səviyyəsində davam edir, nəticədə bölgədəki 10a yaxın qədim Alban abidəsi erməniləşdirilib.
Görünən odur ki, ermənilər zaman keçdikcə bölgədə daha da möhkəmlənmək, daha çox saxta iz buraxmağa niyyətlidir. Cənab Prezidentin də dünən dediyi kimi münaqişənin dinc yolla nizamlanması üçün formalaşdırılmış ATƏT-in Minsk qrupun həmsədrlərin fəaliyyəti faktiki olaraq ümidləri doğrultmur. Diplomatik nizamlanma cəhdləri dalana dirənib. Cənab İlham Əliyevin təşəbbüsü və öndərliyi ilə diplomatik hücum strategiyasına keçilib, lakin hücumu yalnız cənab Prezidentin özünün və Onun çağırışına qoşulan bir qrup millət vəkilinin timsalında müşahidə edirik. Bu işlə məşğul olmalı olan Xarici İşlər Nazirliyimizin səlahiyyətlilərinin isə başı hələ ki tenderlərə qarışıb. Belə olan halda danışıqlar faktiki olaraq faydasızdır. Bir sözlə, yeganə yolumuz müharibədir. Cəmiyyət və dövlət olaraq buna hazırıq, gücümüz, imkanlarımız, sözün əsl mənasında döyüş ruhumuz var, ən vacibi isə ölkədə Ali baş komandana yekdil formada, birmənalı etimad mövcuddur və cəmiyyətimiz səbrsizliklə Onun "VUR!" əmrini gözləyir.

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı
Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!