Hacıqabulda xüsusi karantin rejimi tələblərinin yerində yoxlanılması məqsədi ilə reydlər davam etdirilir - Foto

2020-07-08 11:26:25 / 5220 dəfə oxunub
Koronovirus (COVİD-19) infeksiyasının Hacıqabul rayonu ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində qarşıya qoyulmuş tələb və tapşırıqlara uyğun olaraq iyul ayının 7-da Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri sanitar-epidemioloji qaydalara riayət edilməsini yerində yoxlamaq üçün Rəncbər və Qubalıbalaoğlan kəndlərində bir sıra ticarət və iaşə obyektlərində reydlər keçirib.



Reyd zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq, onlara sanitar rejimin tələbləri izah edilib. Sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən ictimai iaşə obyektlərində nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı sosial məsafəsini saxlamaları, bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi dövrü üçün müəyyən etdiyi qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur.

Reyd zamanı işində nöqsan aşkar edilən bir iaşə obyekti sahibinə inzibati protokol tərtib edilib, bir ictimai iaşə və dörd ticarət obyekti sahibinə şifahi xəbərdarlıq edilib. Virus əleyhinə qoruyucu vasitələrdən istifadə etməyən bir vətəndaş barəsində inzibati protokol tərtib edilmişdir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!