Bakı metropoliteni pandemiya dövründə sərnişin sayındakı kəskin azalmanı açıqladı

2020-07-08 13:14:05 / 1812 dəfə oxunub

May ayının 9-da sərnişindaşıma fəaliyyəti bərpa olunduqdan sonra, Bakı metrpoliteninin fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Kabinet yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara, həmçinin "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər"ə uyğun tənzimlənir.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, 2019-cu il ərzində Bakı metropoliteni gün ərzində orta hesabla 650 min civarında sərnişin daşıyıb. Həmin dövrlə müqayisədə mayın ayının 9-dan, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunduqdan sonra daşınan sərnişinlərin sayında 2 dəfədən çox azalma müşahidə olunub. Orta hesabla may ayının 23 günü ərzində 230 minə, iyun ayında isə 270 minə yaxın sərnişin daşınıb.

İyun ayının 21-dən xüsusi karantin rejimi sərtləşdirilməsi və bir sıra məhdudiyyətlərin tətbiqi qüvvəyə minib. Həmin tarixdən iyul ayının 4-nə, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılana qədər, orta hesabla gün ərzində 160 min civarında sərnişin daşınıb.

İyul ayının 3-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə metropolitendə sərnişindaşıma fəaliyyəti iyul ayının 4-ü saat 00:00-dan iyul ayının 20-si saat 06:00-a kimi dayandırılıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!