Eşitmə məhdudiyyəti olan şəxslər məlumatlandırılacaq

2020-07-08 16:29:46 / 2234 dəfə oxunub



Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım IB " Jest dilində məlumatlandırma " layihəsi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində ölkəmizdə yaşayan informasiya azlığından əziyyət çəkən eşitmə məhdudiyyəti olan şəxsləri , ölkədə karantin dönəmində baş verən əsas xəbərlərlə və digər məlumatlandırıcı xəbərləri onlayın şəkildə qismən də olsa təmin etməkdir.
Layihə rəhbəri Cəmilə Çingizqızı xəbər verir ki, Bu günlərdə COVİD-19 virusundan qorunmaq məqsədilə ölkəmizdə, Operativ Qərargahdan verilən məlumata görə 05 iyul saat 00.00 dan, 20 iyul saat 06.00 qədər vətəndaşlara sərtləşdirilmiş karantin rejimi tədbiq olunacaq. Bu rejimin tətbiqinə düzgün riayət etmək üçün bütün vətəndaşları birlik və həmrəyliyə çağırırıq. Bizdə eşitmə məhdudiyyəti olan şəxslərlə çalışan İctimai Birlik olaraq, #səssizliyinsəsiolaq şüarımızla, ölkəmizdə yaşayan eşitmə məhdudiyyəti olan şəxsləri bu video roliklər vasitəsilə məlumatlandırırıq. Qanun hər kəs üçün qanundur. Qanunlara əməl edərək, cəmiyyətimizi qoruyaq.
#bizbirlikdəgüclüyük
#EVDƏQAL

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!