Həftəsonu sərt karantin olan ərazilərdə yenidən postlar qurula bilər

2020-07-09 13:13:20 / 1974 dəfə oxunub

Sərt karantin elan olunan ərazilərdə karantin postlarından cərimələnərək geri qaytarılan nəqliyyat vasitələri digər postlardan keçməyə cəhd edərsə, yenidən cərimələnə bilər.

Bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, bəzən bu cür hallara da rast gəlinə bilər. Ola bilər ki, nəqliyyat vasitəsi postda saxlanılır, cərimələnərək geri qaytarılır. Amma həmin şəxs digər ərazidəki karantin postundan keçməyə cəhd edir. İcazəsiz evdən çıxdığı üçün həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə cərimələnərək geri qaytarılır. Həmin şəxs əgər digər postdan keçməyə cəhd edərsə, o yenidən həmin maddə ilə təkrar cərimələnir".

K.Əliyev bildirib ki, növbəti şənbə-bazar günləri də sərt karantin elan olunan şəhər və rayon ərazilərində karantin postları yenidən qurula bilər: "Bu barədə hələ ki dəqiq qərar yoxdur. Amma bu, vəziyyətin gedişindən asılıdır. Əgər zərurət olarsa, marşrut postları və xüsusi texniki vasitələrlə də yollarda nəzarət gücləndirilə bilər".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!