"Yerli və beynəlxalq ictimayyətə mühüm mesaj"

2020-07-10 14:27:54 / 2860 dəfə oxunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 06 iyul tarixində yerli tele-kanallara verdiyi müsahibə zamanı istər yerli istərsədə beynəlxalq ictimayyətə mühüm mesajlar vermişdir. Cənab Prezident COVİD-19 pandemiyasna qarşı mübarizəni diqqət mərkəzində saxladığını və dövlətin bütün resurslarının səfərbər olunaraq, xəstəliyin qarşısını almağa yönəldiyini bildirməklə, ölkə əhalisinin sağlamlığının hər şeydən üstün olduğunu vurğulamışdır. Müsahibə zamanı verilən mühüm mesajlardan biri də pandemiya dövrünün yaratdığın ciddi çətinliklərə baxmayaraq aparılan iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatının az itki verdiyi, eyni zamanda hökümət tərəfindən nəzərdə tutulan heç bir sosial layihənin təxirə salınmadığı olmuşdur.
Cənab Prezident pandemiya ilə mübarizədə hökümətin həyata keçirtdiyi tədbirlər və vətəndaşların pandemiya dövrünün xüsusi qaydalarına və nizam-intizama ciddi riayət etmələri sayəsində pandemiyaya qalib gəlməyin mümkün olduğunu xüsusi qeyd etmişdir. Neftin qiymətinin hətta 14 dollar olacağı təqdirdə də Azərbaycan iqtisadiyyatının ayaqda duracağını bildirməklə, Azərbaycan Prezidenti neftin qiymətinin düşməsini toy-bayram edən bəzi dırnaqarası siyasətçilərə sərt şillə vurmuş oldu. Pandemiyaya qarşı mübarizədə əksər ölkələrin başlarının öz problemlərinə qarışdığı bir zamanda Azərbaycan dövlətinin 30-dan çox ölkəyə pandemiyaya qarşı mübarizə üçün humanitar və maliyyə yardımı göstərməsi faktının ölkəmizin humanitar xarakterindən irəli gəldiyini və beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olduğunu vurğulamaqla, Azərbaycan Prezidenti bütün bunları piar üçün yox həmrəylik borcu kimi qiymətləndirmişdir.
Prezident İ.Əliyev qeyd olunanları sadalamaqla, hökümətin həyata keçirtdiyi bütün tədbirlərə kölgə salmağa cəhd göstərənlərə ölkə rəhbərliyi üçün əhalinin sağlamlığının, rifahının vacib olduğu çatdırılmışdır.
Prezident ölkəmizin ən əsas problemi olan Ermənistan tərəfindən torpaqlarımızın işğal altında saxlanmasına və son zamanlar işğalçı dövlətlətin rəhbərləri tərəfindən təxribat xarakterli bəyanatlara və hərəkərlərə beynəlxalq təşkilatlar, xüsusən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən adekvat reaksiya verilməməsini ciddi tənqid edərək onları məsuliyyətli olmağa çağırmışdır. BMT nizamnaməsinə əsasən hər bir dövlətin o cümlədən Azərbaycanın özünümüdafiə hüququna malik olduğunu xatırladan Azərbaycan Prezidenti beynəlxalq təşkilatlara, xüsusən münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə mühüm mesaj verməklə yanaşı Azərbaycan hökümətinin Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir iş görməməkdə ittiham edənlərə də cavab vermişdir. Hazırki dövrdə yaranmış bütün çətinliklərə baxmayaraq, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinin hər zaman Azərbaycan Prezidenti və höküməti üçün ön sırada durduğu bir daha yerli və beynəlxalq ictimayyətə çatdırılmışdır.

Adil Əliyev
Vitse-spiker
Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!