İran Xəzərdə kilkə ovuna başladı

2020-07-11 14:41:41 / 1911 dəfə oxunub

İranın şimalında yerləşən Gilan və Mazandaran vilayətlərində balıqçılar Xəzər dənizində 73 gəmi ilə kilkə ovuna başlayıblar. Modern.az-ın məlumatına görə, bunu İranın Balıqçılıq Təşkilatının balıq ovu və ovçuluq idarəsinin baş direktoru Muxtar Axundi deyib.

 

M.Axundinin sözlərinə görə, Xəzər dənizində kilkə kürüləməsi yaz fəslində olduğuna görə, kilkə ovu yayda başlayır. O, əlavə edib ki, Mazandaran vilayətində 43, Gilan vilayətində isə 30 gəmi kilkə ovu ilə məşğul olacaq.

 

"Ötən ildə (21 mart 2019-dan -20 mart 2020-dək) Xəzər dənizindən təxminən 23 min ton kilkə ovlanıb. Bunun 80%-i Mazandaran vilayətinə, 20%-i isə Gilan vilayətinə aid olub. Bu il bu rəqəmin artacağına ümid olunur” .

 

Təşkilat rəsmisi öncəki ildə (21 mart 2018-dən -21 mart 2019-dək) ümumilikdə İranın Xəzər dənizində kilkə ovunun 26 min ton olduğunu deyib.

 

Xəzərdə ovlanan kilkə balıqlarının əsas hissəsi balıq tozuna çevrilməsi üçün balıq emal zavodlarına göndərilir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!