Mehriban Əliyeva Bəhram Bağırzadəyə telefon açdı

2020-07-12 18:23:20 / 1474 dəfə oxunub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COVID-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb.

 

Modern.az-ın məlumatına görə, Əməkdar artistə tezliklə sağalmağı arzulayan Mehriban Əliyeva ölkəmizdə COVID-19-la mübarizədə, xəstələrin müalicəsində Azərbaycan həkimlərinin, tibb işçilərinin fədakar əməyini xüsusilə qeyd edib.

 

Bəhram Bağırzadə onun müalicəsi üçün göstərilən dəstək və səylərə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Tezliklə sağalacağına inandığını deyən Bəhram Bağırzadə hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss etdiyini qeyd edib.

 

Xatırladaq ki, koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanaya yerləşdirilən Bəhram Bağırzadənin vəziyyəti bir müddət ağırlaşmışdı. Aparılan intensiv müalicə nəticəsində Əməkdar artistin səhhətində artıq müsbət dinamika və stabilləşmə qeydə alınıb.

Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!