Dünyada koronavirusa yoluxanların sayı 13 milyonu keçdi - STATİSTİKA

2020-07-13 10:29:06 / 3038 dəfə oxunub

Dünyada koronavirusa yoluxanların sayı 13 041 499 nəfərə çatıb.

Bu barədə Sabahinfo.az-ınonlayn statistikasındaqeyd edilir.

Virusdan 571 659 nəfər ölüb, 7 588 092 xəstə sağalıb.

Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (4 000 714), ölkə isə ABŞ-dır (3 413 995 nəfər).

Azərbaycanın sərhəd qonşusu Rusiya yoluxma sayına görə dünya ölkələrinin sıralamasında dördüncü yerdə qərarlaşıb. RF-də koronavirusa yoluxan 727 162 nəfərin 11 335-i ölüb.

Digər qonşularımızdan İranda 257 303, Türkiyədə 212 993, Ermənistanda 31 969, Gürcüstanda 986 yoluxma müşahidə edilib.

Azərbaycanda koronavirus 24 041 nəfərdə aşkarlanıb. Virusa yoluxanlardan 306 nəfəri həyatını itirib, 15 093 xəstə sağalıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!