Sel Qobustanda 12 evə ziyan vurub, avtomobil yolunu su yuyub

2020-07-13 13:17:51 / 1175 dəfə oxunub

Qobustan rayonunda baş verən daşqın zamanı dəymiş ziyan aradan qaldırılıb.

Bu barədə Trend-ə açıqlamasında Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Məharət Əkbərov məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində çayda daşqın əmələ gəlib və çayın kənarında yerləşən Poladlı kəndində bir neçə evin həyətyanı sahəsinə ziyan dəyib: "Hadisə nəticəsində kənddə 12 evin həyətyanı sahəsi və zirzəmisinə su dolub. Çayın kənarında yerləşən Xilmilli kəndinin yolunu sel yuyub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnikaları cəlb edilib, zirzəmilər və həyətyanı sahələrdən su çəkilib, xüsusi texnika vasitəsilə sel yuyan yol bərpa edilib. Hazırda rayon ərazisində vəziyyət sabitdir".


Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!