"Ermənilər biabırçı məğlubiyyətə düçar oldular"

2020-07-13 15:11:52 / 5835 dəfə oxunub

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən erməni təxribatı Azərbaycan ordusunun 4 hərbçisinin şəhid olması ilə nəticələnib. Ermənistanın məhz Tovuz istiqamətində hücum etməsi diqqəti Qarabağdan yayındırmaq cəhdidir. Üstəlik bu təxribat BMT-nin pandemiya dövründə atəşkəs çağırışı etdiyi bir vaxtda və Azərbaycan prezidentinin təşəbbüsü ilə BMT Baş Assosiasiyasının iclasını çağırması ilə əlaqədar müzakirələr başladığı dövrə təsadüf edir. Azərbaycan tərəfi Tovuz provokasiyası ilə bağlı BMT-də məsələ qaldıra və bu zaman bir daha Ermənistanın işğalçı hərəkəti ilə bağlı BMT qətnamələrini gündəmə gətirə bilər.

Bununla bağlı Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə bildirib. ki, ermənilər tarix boyu Azərbaycan torpaqlarında Böyük Ermənistan dövləti qurmağa çalışıb: "Bu gün bütün dünyanın başı koronavirusa qarışdığı bir zamanda belə Ermənistan dövləti özünün işğalçı siyasətindən əl çəkmir. Nikol Paşinyan küçə adamı imicini heç bir zaman dəyişməyib. O, hakimiyyəti güclə ələ keçirən zaman insanların sosial rifahının yaxşılaşdıracağını və ölkədəki böhranı aradan qaldıracağı ilə bağlı sözlər vermişdi. Lakin sözünün üstündə dura bilmədi. O, hakimiyyətə gələndən sonra ölkədə vəziyyət daha da gərginləşdi. Məhz buna görə də Nikol Paşinyan Ermənistan sakinlərinin fikrini cəbhəyə yönəltmək üçün müxtəlif güc şouları göstərməyə çalışır. Amma hər dəfə biabırçı şəkildə məğlub olaraq çoxlu itkilərlə geri çəkilməli olur. Ermənistanın dünən Tovuz istiqamətində törətdiyi təxribatda Nikol Paşinyanın növbəti oyunu idi. Lakin bu oyunda Nikol Paşinyanın növbəti dəfə biabırçı şəkildə məğlub olarq geri çəkilməsi onun ölkədəki zəifləmiş nüfuzunu daha bir zərbə vurdu".

Deputat qeyd edib ki, 90-cı illərdən fərqli olaraq bu gün Azərbaycanın yüksək döyüş qabiliyyətinə məxsus güclü və qüdrətli ordusu var: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Ordumuz hər zaman düşmənin hər bir təxribatına lazımı cavab verməyə hazırdır. Ordumuz iyulun 12-də Tovuz istiqamətində Ermənistan dövlətinin növbəti təxribatının qarşısını qətiyyətlə alaraq onu çoxlu itki verərək geri çəkilməyə məcbur etdi. Əminəm ki, dünənki döyüş ermənilərə 2016-ci ildəki Aprel döyüşlərində və 2018-ci ildə Günnüt əməliyyatındakı biabırçı məğlubiyyətlərini bir daha xatırlatdı. Bu gün Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etmək gücünə malikdir. Ermənilər unutmasınlar ki, Azərbaycan qəhrəmanlar ölkəsidir. Bizim Mübariz, Fərid, Gültəkin kimi vətənpərvər oğullarımız və qızlarımız var. Ordumuz 90-cı illərdəki kimi gücsüz və başsız deyil. Bu gün cənab prezident İlham Əliyev kimi mərd Ali Baş Komandanımız, cənab Zakir Həsənov kimi güclü Müdafiə nazirimiz var. Biz hər an torpaqlarımızı düşmən işğalından azad edə bilərik. Mən dünənki döyüşdə qəhərmancasına döyüşərək şəhid olan oğullarımıza Allahdan rəhmət, ailələrinə isə səbir diləyirəm. Yaralılarımıza isə tezliklə şəfa tapmaqlarını arzulayıram".

Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!