Deputat erməni təxribatının məqsədlərini AÇIQLADI

2020-07-13 15:14:24 / 1247 dəfə oxunub

Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev iyulun 12-si və 13-də Ermənistan silahlı qüvvələrinin cəbhənin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək cəhdindən danışıb.

Deputat Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan sərhədləri boyunca Tovuz istiqamətində erməni təxribatının bir neçə məqsədi ola bilər:

"1. Təxribat törədərək münaqişənin hərbi müstəviyə keçəcəyi şəraitdə Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin yaranmış gərginliyə reaksiyasını, yəni Ermənistana dəstək olub-olmayacağını yoxlamaq;

2. Paşinyana qarşı müxalifətin tənqid və təzyiqlərinin güclənməsi ilə bərabər ölkə daxilində artan ictimai narazılıqlardan və pandemiya ilə bağlı uğursuzluqlardan ictimaiyyətin diqqətini yayındırmaq;

3. Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda uğur qazanacağına heç bir ümidi qalmayan Ermənistan hakimiyyətinin hər vəchlə, istənilən bəhanə ilə danışıqlar prosesindən yayınmaq və prosesi maksimum müddətə uzatmaq cəhdi;

4. Nəhayət, onu da istisna etmək olmaz ki, Ermənistan hakimiyyəti taktiki addım kimi sərhəd zolağında vəziyyəti gərginləşdirərək, ordumuzun diqqətini o istiqamətə cəlb etmək və eyni zamanda Dağlıq Qarabağla təmas xəttində mövqelərimizə hücum edib 2016- cı ilin aprelində itirdikləri mövqeləri və ya digər strateji nöqtələri ələ keçirməyə cəhd edirlər”.

Cavanşir Feyziyevin sözlərinə görə, sonrakı hadisələrin hansı istiqamətdə davam edəcəyindən asılı olmayaraq, Azərbaycan Ordusu düşmən təxribatının hər yerdə qarşısını almağa hazırdır:

"Ordumuzda və cəmiyyətimizdə erməni işğalçılarına layiqli cavab vermək və bir həmlə ilə torpaqlarımızın tamamilə işğaldan azad olunması üçün hərəkət etməyə böyük ruh yüksəkliyi və qətiyyət var”.

Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!