Novruz Aslan şəhid Xəyyam Daşdəmirovun ailəsilə görüşüb

2020-07-13 15:21:34 / 1939 dəfə oxunub

İyulun 12-də Tovuz istiqamətində erməni təxribatının qarşısını alarkən şəhid olan igidlərimizdən biri də İsmayıllı rayonunun Balik kəndindəndir. İyulun 13-də Novruz Aslanov təcili İsmayıllı rayonuna gedərək, Balik kəndində şəhid Xəyyam Daşdəmirovun ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.


Milli Məclisin digər üzvü Tahir Kərimli də görüşdə iştirak edib.

 

Deputat Novruz Aslanov bildirib ki, şəhidlərin qanı yerdə qalmayacaq. İsmayıllı rayonu vətən uğrunda gedən döyüşlərdə şəhid verən rayonlarımızdandır. Bu gün də xalqımız özünün yeni qəhrəmanlarını tanıdı. Belə təxribatlara Azərbaycan ordusu qətiyyətlə cavab verir. Ön cəbhədə düşmən qarşısında sipər şəkən igidlərimiz torpaq uğrunda şəhid olmağa hər an hazırdırlar. Şəhidlər unudulmur, onlar daim ürəklərdə yaşayır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!