“Azərbaycan əsgəri doğma torpağının bir qarışından belə geri çəkilmədi”

2020-07-13 16:59:48 / 2331 dəfə oxunub

"İlk olaraq şəhidlərimizin ailə üzvlərinə və bütün xalqımıza dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalaraq öz sıralarına qayıtmalarını arzulayıram. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əminə Ağazadə  cəbhənin Tovuz istiqamətində baş verənləri şərh edərkən deyib.

Parlamentarinin sözlərinə görə, hamıya məlumdur ki, Ermənistan tərəfi son bir neçə ayda cəbhənin müxtəlif istiqamətlərindən ordumuzun bölmələrinə qarşı çoxsaylı provokasiyalar həyata keçirirdi:

"Bunun nəticəsində ordumuz və mülki əhali itkilərlə rastlaşmışdı. Son iki gündə Ermənistan tərəfinin təxribatna qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən xeyli canlı qüvvə və hərbi texnika itkisi ilə geri otuzdurulub. Ordumuzun həyata keçirdiyi tədbirləri nəticəsində Ermənistanın hərbi bölmələrinin mövqeylərinə güclü zərbə endirilib”.

 

"İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Son günlərin hadisələri Azərbaycan ordusunun şücaətini, qətiyyətini azgın düşmənə bir daha nümayiş etdirdi. Düşmənə sarsıdıcı cavab verildi, Azərbaycan əsgəri doğma torpağının bir qarışıdan belə geri çəkilməyib. 

Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!