"Əmin edirəm, bu qan yerdə qalmayacaq!” - Nazir müavini

2020-07-14 13:48:28 / 1338 dəfə oxunub

"Şəhidlərimizin qanı yerdə qalmayacaq”.

APA-nın məlumatına görə bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

K.Vəliyev qeyd edib ki, hazırda döyüşlər davam edir: "Düşmənin canlı qüvvəsi, texnikası, komanda məntəqələri vurulur və məhv edilir. Düşməndən fərqli olaraq bizim zabitlərimizin əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəssüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə nazirliyinin rəhbərliyi adından şəhidlərimizə rəhmət diləyirik. Sizi əmin edirəm ki, şəhidlərimizin, yaralılarımızın qanı yerdə qalmayacaq”.


Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!