Azərbaycanın Rusiyadakı Səfirliyindən təkzib: Bu gün heç bir toplaşma olmayıb

2020-07-24 16:36:11 / 1659 dəfə oxunub

Məlum olduğu kimi, cari ilin 15 iyul tarixində Rusiyada yaşayan bir qrup soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törədilmiş hərbi təcavüzlə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədi ilə Səfirliyin binasının önünə gəlmişdirlər. Səfir Polad Bülbüloğlu onlarla görüşmüşdür.

Bu barədə kütləvi informasiya vasitələrinə geniş məlumat da verilmişdir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən Trend-ə təəssüflə bildirilib ki, Səfirliyin sözügedən məlumatını təkrar yayan bəzi saytlar Polad Bülbüloğlunun həmvətənlərimizlə görüşündə söylədiyi fikirləri kontekstdən çıxararaq təxribata əl atmış və bu fikirlərin sanki 24 iyul tarixində səsləndirildiyi barədə yanlış xəbər vermişdirlər:

"Bildiririk ki, bu gün Səfirliyin qarşısında heç bir toplaşma olmamışdır. Hesab edirik ki, bu ağır və birlik nümayiş etdirməli olduğumuz günlərdə belə provokasiya yönlü məlumat yayanlar Səfirliyin onsuz da gərgin işinə maneçilik törədirlər".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!