Azərbaycanda daha bir icra hakimiyyətində əməliyyat: Saxlanılanlar var

2020-07-29 10:57:27 / 3151 dəfə oxunub

Bəzi saytlarda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi ilə bağlı məlumat yayılıb.

Bildirilib ki, icra hakimiyyəti əməkdaşları rüşvət aldıqları üçün saxlanılıb.

Zərdab Rayon İcra Hakimiyyəti yayılan məlumatlara münasibət bildirib.

İH-dənOxu.Az-a verilən açıqlamaya görə, hadisə ötən gün gunorta saatlarında baş verib:

"İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov, İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi Rahim Xəlilov, həmin kəndin hazırkı Bələdiyyə sədri Sahib Xəlilov saxlanılıb.

Onların nəyə görə saxlanılması barədə bizdə məlumat yoxdur. İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov dindirildikdən sonra sərbəst buraxılıb”.

Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!