Şuranın əməkdaşı layihələrdə çalışan işçilərin əmək haqqının hesablanması qaydasını şərh edib

2020-07-29 11:16:13 / 4379 dəfə oxunub
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Toğrul Turabovlayihələrdə çalışan işçilərin əmək haqqının hesablanması qaydasını şərh edib.

Katibliyin əməkdaşı bu barədəöz facebook səhifəsində açıqlama verib.

Toğrul Turabov yazıb:

Bildiyiniz kimi layihələrin böyük qisminin icrasına 01 iyul 2020-ci il tarixdən başlanılmışdır.Artıq 1 ayın tamamında təşkilatlar tərəfindən əmək müqaviləsi bağlanmış işçilərə əmək haqqı ödənişi və dövlət büdcəsinə ödənişlər olunmalıdır. Bu halla bağlı hesablama apararkən, aşağıdakı qaydalara istinad edilməlidir.

Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qrant vəsaitindən ödənilən əmək haqlarının vergiyə cəlb olunması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məktubla müraciət etmişdir. Cavab məktubuna əsasən Şura ilə bağlanmış qrant müqaviləsinin icrası ilə bağlı qeyri-hökumət təşkilatlarına əmək müqaviləsi əsasında cəlb olunan işçilərə əmək haqlarından gəlir vergisi Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində qeyd olunan cədvələ uyğun olaraq güzəştli dərəcələrlə hesablanır:

101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

- Vergiyə cəlb edilən aylıq gəlir 8000.00 manatadək olduqda 0 %, 8000.00 manatdan çox olduqda isə 8000.00 manatdan çox olan məbləğin 14%-i;

İşçinin hesabından tutulan sosial siğorta haqqı: 6.00+((əmək haqqı-200.00)*10%) düsturuyla hesablanacaq.

İşəgötürən tərəfindən ödənilən sosial siğorta haqqı 22% deyil, 44.00+((əmək haqqı-200.00)*15%) düsturuyla hesablanacaq.

Təsdiq edilmiş xərclər smetasında nəzərdə tutulmuş DSMF 22% xərc maddəsindən artıq qalan məbləğin xərclər smetasında nəzərdə tutulan başqa xərc maddəsinə yönəldilməsiylə bağlı rəsmi müraciət etməyiniz tövsiyə olunur.

Misal."X" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə bağlanmış qrant müqaviləsinə əsasən xərclər smetasında əmək müqaviləsi əsasında "Layihə rəhbəri" vəzifəsinə əmək haqqı 300.00 manat olan işçi cəlb etmişdir.Əmək haqqının hesablanma qaydası aşağıdakı kimidir:

Gəlir vergisi - tutulmur

İşçinin hesabından tutulan sosial siğorta haqqı - 6.00+((300.00-200.00)*10%)=6.00+10.00=16.00 manat

İşsizlikdən siğorta haqqı - 300.00*0.5%=1.50 manat
İşçiyə ödəniləcək məbləğ= 300.00-16.00-1.50=282.50 manat
İşəgötürən tərəfindən ödənilən sosial siğorta haqqı - 44.00+((300.00-200.00)*15%)=44.00+15.00=59.00 manat
İşəgötürən tərəfindən ödənilən işsizlikdən siğorta haqqı - 300.00*0.5%=1.50 manat.

Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!