İlham Əliyev İsmayıllıda açılışlar etdi

2020-07-29 11:23:11 / 3224 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Dövlət başçısı Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.

***

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına mərkəz barədə məlumat verib.

Prezident İlham Əliyev mərkəzin təməlini qoyub.

***

İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu (8 km) yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Tədbir çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun da təqdimatı olub.

***

İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!