DSX-nin əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

2020-07-29 12:33:04 / 4264 dəfə oxunub

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib.

Bu barədə Sabahinfo.az-a DSX-nın mətbuat xidmətindən bildiriblər. Qyed olunub ki, 29 iyul 2020-ci il tarixində saat 09:15 radələrində Dövlət Sərhəd Xid­mətinin Qaradağ rayonunda yerləşən "N” saylı hərbi hissəsinin müd­dətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsər­rüfat işlərinin görülməsi zamanı ehti­yatsızlıq səbəbindən baş ver­miş bəd­bəxt hadisə nəticəsində vəfat edib.

Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.


Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!