Məktəblər açılsa, hansı şərtlərə əməl edilməlidir?

2020-08-06 10:11:42 / 6628 dəfə oxunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti yeni tədris ilindən məktəblər açılacağı təqdirdə təhsil müəssisələrində əməyin təhlükəsizliyinin hansı qaydalar əsasında təmin edilməsinin vacibliyini açıqlayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, dərslərin başlanılması ilə bağlı qərar verilərsə, insanlar arasında məsafənin saxlanılması qaydasına riayət olunmalıdır.

Gigiyena qaydalarına əməl olunması da vacib şərtlərdəndir, iş yerlərində kifayət qədər dezinfeksiya və antiseptik vasitələrin olması, əllərin yuyulması üçün yerlərin çoxaldılması və əlyuma vasitələrinin yetərli sayda olması şərtdir.

İş yerlərinin və iş masalarının səthlərinin mütəmadi təmizlənməsi, qapı dəstəklərinin, kompüter avadanlıqlarının, tez-tez istifadə olunan digər əşyaların mütəmadi antiseptik materialla dezinfeksiya olunması, ümumi istifadədə olan otaqların, sanitariya qovşaqlarının dezinfeksiya olunması və s. nəzarətdə saxlanılmalı məsələlərdəndir:

"Həmçinin qeyd edək ki, işə cəlb olunmuş bütün işçilərin (müəllim və digər işçi heyətin) pandemiya şəraitində fərdi mühafizə vasitələrindən istifadə qaydalarına, öz vəzifələrini təhlükəsiz yerinə yetirmələrinə dair təlimatlandırılması rəhbərlik qarşısında əsas məsələlərdən biri olmalıdır.

Bildirilir ki, COVID-19 pandemiyası işçilərin və onların yaxınlarının qorunmasında əməyin mühafizəsinin önəmini bir daha təsdiqləyir. Pandemiya dövründə əməyin təhlükəsizliyi sahəsində sosial dialoqun (qeyd olunan məsələdə "məktəb - işçi heyət - valideyn - uşaq dialoqu") əhəmiyyəti böyükdür. Sosial dialoq yalnız bütün işçilərin fiziki və psixoloji sağlamlığının qorumasında deyil, pandemiyanın iqtisadiyyat və əmək sferasında mənfi nəticələrininin aradan qaldırılmasında da vacib şərtdir".


Son xəbərlər
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Atəşkəs pozuldu
2020-09-22 10:47:19
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!